"11 uşağa təhsil verib, 4 oğul evləndirmişəm" - Xalq artisti

"Bu günə qədər 11 uşağa təhsil vermişəm".

Olaylar.az publika.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Könül Xasıyeva verilişlərin birində qonaq olarkən deyib.

Onun sözlərinə görə, təhsil verdiyi uşaqların hamısı işləyir.

Xalq artisti 4 oğul evləndirdiyini, 2 qız köçürdüyünü bildirib: "İndi onların da uşaqalrı var. Bayramda, istirahət günlərində yad edirlər məni. Böyütdüm, oxutdum deyə nəsə qarşılıq gözləmək düzgün deyil. Mən belə şeylərə çox həssasam, balıq bürcüyəm. Ancaq sağ olsunlar itirmirlər. Gəlirlər, gedirlər Kazımı yada salırlar, sağ olsunlar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31