Heç olmasa doğum evlərinin rüşvətini dayandırın - ÖZƏL
9 İyun 2023 10:11 Sosial"Günün reallığı çox acınacaqlıdır. Həyat get -gedə çətinləşir. Məmur özbaşınalığı, xalqı saymamazlıq, talançılıq ölkəni pis günə qoyub. Ölkə başçısının verdıyı sərəncamlar çox vaxt kağız üzərındə qalır. Rəhbər orqanların, icra strukturlarının başları qarışıb qazanca. Səsını çıxaranı, müxalifətçıdir, düşməndir deyib damğalayırlar.Bəyəm müxalifətçılık düşməncilikdirmi?" Olaylar xəbər verir ki, bunu deyən Milli Cəbhə Partiyası sədrinin birinci müavini Rafiq Daşdəmirlinin sözlərinə görə, elə edirlər ki, təki özlərinin işi yaxşı olsun: "Heç olmasa xəstəxanalar, heç olmasa doğüm evlərinin rüşvətini dayandırın. Çox bahaçılıqdır, dolanmaq bir yana, dərmanların alınmasına güç çatmır.Tibbi sığortanı isə yarımçıq hesab edirəm. İcazə verin tibbi sığortadan istifadəni öz istəyimizlə həyata keçirək. Başa düşün ki,mənim öz inandığım həkimlərin var".