İyulun 1-dən sonra quru sərhədlər açıla bilər - ÖZƏL

"Quru sərhədlərinin açılması ilə bağlı dəqiq tarix deyə bilmərəm. Ancaq Ümumidünya Səhiyyə Təşkilatınının da pandemiyanın bitdiyini elan etdiyinə görə yəqin ki, Nazirlər Kabineti xüsusi pandemiya şəraitinin uzadılması ilə bağlı qərarını dəyişəcək. Ola bilsin ki, iyulun 1-dən sonra quru sərhədləri açılsın". "Olaylar" xəbər verir ki, bunu Milli Cəbhə Partiyasının sədri, millət vəkili Razi Nurullayev deyib: "Amma, zənnimcə quru sərhədlərinin bağlı olması yanlız pandemiya şəraiti ilə bağlı deyil. Artıq virusa yoluxma səviyyəsi çox aşağıdır. Quru sərhədlərinin bağlı qalması yanlız bu səbəbdən ola bilməz. Bilirik ki, ölkəmiz hələ də müharibə vəziyyətinən çıxmayıb. Cənub qonşumuzdan Azərbaycana qarşı ciddi təhdidlər var. Bu təhdid şimaldan da gələ bilər. Quru sərhədlərinin açıq qalmasının diversantların, Azərbaycanda siyasi sabitliyi pozmaq istəyən, terror aktı törətmək istəyənlərin də ölkəyə gəlişini asanlaşdıra bilcəəyi də nəzərə alınırdı. Zənnimcə, Azərbaycan vətəndaşlarının təhlükəsizliyini, dövlətimizin  bütövlüyü və suvereliyini qorumaq üçün də quru sərhədlərinin bu günə qədər  bağlı qalması vacibliyi nəzərə alınırdı.İndi müəyyən yüngüllük yaranıb. Ola bilsin ki, sərhədlər açılsın".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31