Sosial Xidmətlər Agentliyinin saytı istifadəyə verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin saytı (www.sxa.gov.az) istifadəyə verilib. Nazirlikdən "Olaylar"a bildirilib ki, saytda sosial xidmətlərə dair qanunvericilik, Agentliyin fəaliyyət istiqamətləri və göstərdiyi xidmətlər, sosial xidmətlərin əhatə etdiyi əhali qrupları, sosial xidmətlərə müraciət qaydaları, sosial layihələr və digər məlumatlarla tanış olmaq mümkündür.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31