TikTokda 10 məlumatdan 4-ü yalandır- ÖZƏL

Yeni bir araşdırma, TikTok-da qaraciyər xəstəliyi ilə bağlı hər 10 yazıdan dördünün yalan məlumat ehtiva etdiyini və onların əksəriyyətində dəbli pəhrizlər, detoks içkiləri və bitki mənşəli vasitələrlə bağlı yalan iddiaların olduğu ortaya çıxıb. Araşdırmanın müəllifi Dr. Macklin Lovelanda görə,araşdırma TikTok-da tibbi məlumat axtaran qaraciyər xəstəliyi olan şəxslərin etibarlı və yalan məlumatı ayırd etmək üçün köməyə ehtiyacı ola biləcəyini göstərir.  Dr. Loveland 2022-ci il oktyabrın 1-dən noyabrın 25-dək TikTok-da "sirroz" və "qaraciyər xəstəliyi" haqqında 2223 yazı tapıb. Yazıları müəyyən edilmiş qaydalarla müqayisə edərək, Dr. Loveland aşkar edib ki, bu yazıların 40 faizində qeyri-dəqiq məlumatlar var.

Bəzi yazılarda qaraciyər xəstəliyinin müxtəlif göbələklər, mal əti qaraciyəri yemək və ya parazitlərdən təmizlənmə ilə müalicə oluna biləcəyi barədə yalan iddialar var. Diaqnozun növündən asılı olaraq qaraciyər xəstəliyinin müalicəsi fərqlidir. Alkoqoldan imtina və ya arıqlamaq kimi həyat tərzi dəyişiklikləri bəzi qaraciyər problemlərini həll edə bilər. Bu cür dəyişikliklər qaraciyər funksiyasının yaxından monitorinqini ehtiva edən tibbi proqramın bir hissəsi kimi edilir. Dr. Loveland vurğulayır ki, insanlar hər zaman xüsusi tibbi vəziyyətləri ilə bağlı təlimat almaq üçün ilk növbədə həkimlərinə müraciət etməlidirlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31