Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlandı
9 May 2023 22:51 SosialAzərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 213 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Olaylar.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 25, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 162, üç və daha çox doza vaksin vurduranların sayı 22, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 4 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 962 792, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 410 991, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 882 536, üç və daha çox doza vaksin vurduranların sayı 3 403 079, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 266 186 təşkil edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31