Azərbaycanda səs verən Türkiyə vətəndaşlarının bülletenləri Türkiyəyə göndərilib - FOTO
8 May 2023 16:54 SosialAzərbaycanda səs verən Türkiyə vətəndaşlarının bülletenləri Türkiyəyə göndərilib.
Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı "Twitter" hesabında bildirib.
"Ölkəmizə, millətimizə, gələcəyimizə xeyirli olmasını arzu edirik", - deyə paylaşımda qeyd edilib.
Xatırladaq ki, Türkiyədə Prezident və parlament seçkiləri 14 may 2023-cü il tarixində keçiriləcək. Türkiyə Prezidenti və AK Partiyanın rəhbəri Rəcəb Tayyib Ərdoğan, Memleket Partiyasının rəhbəri və 2018-ci ildə Cumhuriyyet Xalq Partiyasının rəhbər namizədi Muharrem İnce, Ata İttifaqının namizədi Sinan Oğan və Kamal Kılıçdaroğlunun namizədliyi təsdiqlənib.




Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31