Sosial təminat bütün vətəndaşlara aid olmalıdır - ÖZƏL
17 Aprel 2023 10:50 Sosial"Sosial təminat bütün vətəndaşlara aid olmalıdır.Kommunal xidmətlərə görə ödənişlərdə də güzəştlər olmalıdır.Tibbi sığorta hər bir insana təmannasız tətbiq olunmalıdır". "Olaylar" xəbər verir ki, bunu deyən Milli Cəbhə Partiyası sədrinin müavini Rafiq Daşdəmirlinin sözlərinə görə, qonşu ölkələrdə olduğu kimi, bizim ölkənin də buna gücü çatar.Əgər hər kəsə sosial yardım ödənilmirsə və tibbi sığortası yoxdursa həmən insanların minimum ehtiyaclarını ödəmək və kömək etmək lazımdır: "Təklif edirəm ki, heç olmasa sosial təcili ödənişlər üçün, hətta sığortanın olmadığı ailələrə banklardan faizsiz kredit verilsin. Bu daha məqbul təklifdir ki, sonradan müəyyən vaxt müddətinə verilmiş kredit yenidən həmin banka faizsiz ödənilsin. Hökümət vətəndaşına sahib çıxsın.Vətəndaşı zorakı hoqqabaz insanların güdazına buraxmasın. Bu gün çətin yaşam vəziyyətin ən məqbul variantı insanları yaşatmaqdır. İnsansız vətən, vətənsiz dövlət olmur".