Valideyn-məktəb əməkdaşlığına müasir yanaşma

İ.Hacıyev adına "Tərəqqi" texniki-humanitar liseyin psixoloqu Nərgiz Salmanovanın "Valideyn-məktəb əməkdaşlığına müasir yanaşma" layihəsi Azərbaycan respublikası Elm və Təhsil nazirliyinin keçirdiyi VI qrant müsabisənin qalib layihələrindən biridir.

Məktəbli anasının əməlinə görə evə POLİS ÇAĞIRDI

Liseydən "Olaylar"a bildirilib ki, layihənin əsas məqsədi yaşadığımız "smart" həyatı valideyn, şagird və müəllimlər üçün daha səmərəli etmək, təhsil ilə yanaşı hər üç tərəfi psixo-pedaqoji maarifləndirməkdir. Layihə çərçivəsində valideyn, müəllim və şagirdlər üçün təlimlər keçirilmişdir. Müəllimlərlə keçirilən təlimlər zamanı  əhatə olunan mövzular bunlardır: məktəblərdə sosial-emosional intellektinin inkişafında müəllimlərin rolu; sinifdə pozitiv sosial-emosional iqlimin yaradılması; əsas sosial-emosional bacarıqların inkişafı; stressin yaranma səbəbləri və profilaktikası; emosional tükənmə və onun profilaktikası.

Layihə çərçivəsində valideyn və uşaqlarla da təlimlər keçirilmişdir. Valideynlərlə keçirilən görüşlərdə fərddaxili ünsiyyət, təlabatların araşdırılması, yaş xüsusiyyətləri, bağlılıq, həyəcan və stress, özgüvən və özünü qiymətləndirmə, sevgi dilləri, problemli davranış, müdaxilə sxemi, oxumağa motivasiyanın düzgün formalaşdırılması və müəllimlərlə ünsiyyət mövzuları müzakirə olunmuşdur. Şagirdlərlə tanışlıq görüşü, özünükəşf, özünüqiymətləndirmə, emosional intellekt, emosiyaların gizlədilməsi, küskünlük və hirs, konfliktlərdən çıxış, valideyn-uşaq arasında emosional münasibətlər mövzusunda təlimlər keçirilmişdir.Valideynlər, müəllimlər və şagirdlərlə keçirilən təlimlərlə yanaşı, valideynlər üçün açıq qapı günləri təşkil olunmuşdur. Müəyyən olunmuş günlərdə valideynlər dərslərdə həm müşahidəçi, həm müəllim, həm də şagird qismində iştirakı təmin edilmişdir.

Valideyn-müəllim-şagird münasibətlərində çətinliklərin yaranma səbəbi, şagirdlərin gözündə həm valideyn, həm də müəllimlərin nüfuzunun zədələnməsinin başlıca səbəbi kimi kollektiv şəkildə keçirilən valideyn iclaslarını qeyd etmək olar.Valideynlər iclas zamanı övladlarının təhsil və davranışı barədə dolğun məlumat almaq istəyir. Lakin məlumatlar subyektiv, şifahi və ümumi xarakter daşıdığından şagirdlərin inkişaf dinamikasının izlənilməsi yalnız qiymətlərə əsaslana bilir.

Yuxarıda qeyd olunan məqamları nəzərə alaraq layihə çərçivəsində valideyn iclaslarının yeni formatda keçirilməsi təklif edilmiş və belə iclaslar keçirilmişdir. Olunan dəyişikliklərə əsasən sinif rəhbəri hər bir şagirdə ümumi xarakteristika yazmış,şagirdlər üçün fərdi portfoliolar hazırlamış və hər bir fənn müəllimi tərəfindən şagirdin  nizam-intizamı, dərsə olan münasibətləri, sosial münasibət qurma bacarığı və digər faktorlar nəzərə alınaraq rəylər yazılmışdır. Hər bir valideyn iclas zamanı övladı haqqında məlumatları fərdi şəkildə portfolio formasında əldə etmişdir. Valideyn iclası zamanı psixoloq öncədən müəyyən olunmuş yaş qrupuna aid olan marifləndirici məlumatlarlarla valideynləri tanış etmiş və onları maraqlandıran suallara cavab vermişdir. Beləliklə, yeni formatda keçirilən valideyn iclasları valideynlər üçün daha informativ, individual, konfidensial və psixo-pedaqoji maarifləndirməni nəzərə alaraq keçirilmişdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31