Fazil Mustafanın son durumu AÇIQLANDI
31 Mart 2023 10:48 Sosial"Səhər görüntülü danışmışam, şükür yaxşıdır. Ayağındakı yara artıq sağalıb, ayağa qalxıb yeriyir".
Olaylar.az xəbər verir ki, bu sözləri Oxu.Az-a martın 28-də yaşadığı evin qarşısında sui-qəsd cəhdinə məruz qalan Milli Məclisin deputatı Fazil Mustafanın qardaşı İlqar Mustafayev deyib.
O bildirib ki, həkimlər qardaşının reabilitasiya prosesinin yaxşı getdiyini qeyd edirlər:
"Bəziləri yazırlar ki, yarası ağırdır, vəziyyəti çətindir. Amma elə deyil. Biz heç nəyi gizlətmirik. Qardaşımın vəziyyəti yaxşıdır, Allaha şükür. Həkimlərimiz də əllərindən gələni edirlər. Ayağının yarası artıq sağalıb, çiynindəki yara da sağalacaq. Reabilitasiya prosesi tam yekunlaşdıqdan sonra hər şey yaxşı olacaq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31