Sabir Rüstəmxanlı müəllimlərlə görüşüb - FOTO

Xalq şairi, Milli Məclisin deputatı Sabir Rüstəmxanlı  Yardımlı rayon Bozayran kənd tam orta məktəbində müəllimlərlə görüş keçirib. "Olaylar" xəbər verir ki, görüşdə millt vəkili məktəbin problemləri ilə maraqlanıb. Müasir təhsil modelində dərsliklərdəki  problemlərlə bağlı müəllimlərin fikirlərini öyrənib. Xalq şairi  keçmiş xatirələrini müəllimlərlə paylaşıb. Bozayran kənd tam orta məktəbin müəllimi Xəqani Paşayev bildirib ki, Xalq şairimizlə gözlənilməz görüşümüz bizim üçün sürpriz oldu: "Sonda Sabir müəllim bizə "Vətəndaşlığın əlifbası"kitabını hədiyyə etdi, məktəb kollektivi ilə xatirə şəkli çəkdirdi! Hörmətli Xalq şairimizə uzun ömür,can sağlığı arzulayırıq!"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31