Milli parkda baş verən yanğın söndürülüb

Bu gün səhər saatlarında Hirkan Milli Parkının Astara rayonu, Çükəş kəndi yaxınlığında yanğın hadisəsi baş verib. Hadisə yerinə Milli Parkın, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin digər yerli qurumlarının, Fövqəladə Hallar Nazirliyinin Regional Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub və yanğının söndürülməsi istiqamətində tədbirlər görülüb. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən "Olaylar"a bildirilib ki, artıq Hirkan Milli Parkının Astara rayonu, Çükəş kəndi yaxınlığında baş verən yanğın söndürülüb. Ərazidə növbətçilik təşkil edilib.Yanğın nəticəsində quru ot örtüyü yanıb. Hazırda baş verən yanğınla bağlı FHN-in əməkdaşları ilə birgə araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31