Torpaq çərşənbəsində 23 mindən çox ağac əkilib
15 Mart 2023 11:57 SosialNovruz bayramının əlamətdar günlərindən olan Torpaq çərşənbəsində ağacəkmə tədbirləri Zaqatala, Şəki, Qəbələ, Şamaxı, Şabran, Göygöl, Sabirabad, Quba, Tovuz, Şəmkir, Ağcabədi, Bərdə, Masallı, Lənkəran rayonlarının meşə fondu torpaqlarında keçirilib və ümumilikdə 23 500 ədəd müxtəlif növ ağac tingi əkilib, 870 kiloqram toxum səpilib.
"Olaylar"ın məlumatına görə, Meşələrin İnkişafı Xidmətinin rəsmisi Vahid Fərzəliyev bildirib ki, Regional Meşə Təsərrüfatı Mərkəzlərinin əməkdaşları və ictimaiyyət nümayəndələrinin iştirakı ilə Novruz bayramının xüsusi günlərindən olan çərşənbələrdə, ümumilikdə 100 minə yaxın ağac əkilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31