Tikinti qaydaları sərtləşdirilir

Müvafiq əsaslarla tikinti işlərinin dayandırılması barədə qərarda nəzərdə tutulan pozuntular 1 il ərzində aradan qaldırılmadıqda tikintisi başa çatmış və ya çatmamış tikinti obyekti, onun hissəsi söküləcək. "Olaylar"ın məlumatına görə, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında müzakirəyə çıxarılan Şəhərsalma və Tikinti Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb. Hazırda bu müddət 2 ildir. Qüvvədə olan qanuna görə, tikinti işlərinin dayandırılması barədə qərar qəbul edildiyi gündən 1 il ərzində tikintiyə icazə alınmadıqda Tikintisi başa çatmış və ya çatmamış tikinti obyekti və ya onun hissəsi sökülür. Layihəyə əsasən, bu müddətin 6 aya endirilməsi təklif olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31