Bakı həbsxanasında 3 məhkum ÖLDÜ
10 Mart 2023 13:08 SosialBakıda daha 3 məhkum həbsdə ölüb.
Olaylar.az xəbər verir ki, hadisə Penitensiat Xidmətin Bakıdakı müalicə müəssisəsində qeydə alınıb.
Orada saxlanılan məhkumlar - Vəli Heydər oğlu Əliyev, Ceyhun Əlihüseyn oğlu Şixəliyev və Nazim Kazım oğlu Yaqubov dünyasını dəyişiblər.
Hər üç məhkumun xəstəlikdən öldüyü bildirilir.
Lent.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31