Ən çox rast gəlinən genetik ürək xəstəliyi hansıdır? - ÖZƏL
10 Mart 2023 13:06 Sosial"Hipertrofik kardiomiopatiya ürək əzələsinin anormal qalınlaşması nəticəsində yaranan ürək əzələsinin xəstəliyidir". "Olaylar" xəbər verir ki, bunu deyən Kardioloq Günel Kərimovanın sözlərinə görə, qalınlaşmış ürək əzələsi qanın ürəkdən bədənə nəqlini çətinləşdirir: "Bu, ən çox rast gəlinən genetik ürək xəstəliyidir, ona görə də ailə üzvlərindən birində bu xəstəlik varsa, hər kəs müayinə olunmalıdır. Halların yarısı genetik deyil, təsadüfi, yəni idmanda olur və ailədə ilk haldır. Hipertrofik kardiyomiyopatiya aydın simptomlar göstərmir və buna görə də tez-tez erkən aşkarlanmır".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31