Bakı məktəblərində sağlam qidalanma ilə bağlı monitorinqlər aparılır
3 Mart 2023 10:57 SosialBakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində şagirdlərin sağlam qidalanması ilə bağlı monitorinqlər keçirilir.
"OLAYLAR"-a İdarədən bildirilib ki, paytaxtın seçmə üsulla müəyyənləşdirilmiş təhsil müəssisələrində təşkil olunan monitorinqlərin əsas məqsədi məktəblərin ictimai-iaşə sahəsində tövsiyə olunan avadanlıqlarla təchizatının, sanitar-epidemioloji qaydaların və normaların tələblərinə uyğunluğunun araşdırılması, fəaliyyətin optimal təşkili istiqamətində müvafiq tövsiyələrin verilməsi və metodiki köməyin göstərilməsindən ibarətdir.
Monitorinqlər zamanı müvafiq tələblərə riayət edilməsi vəziyyətinin qiymətləndirilməsi aparılıb, mütəmadi olaraq profilaktik tədbirlərin həyata keçirilməsi üçün metodiki göstərişlər verilib və nəzarət tədbirlərinin gücləndirilməsi üçün zəruri addımlar atılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31