Bələdiyyələrin 14 min ha torpaq sahəsinin qanunsuz ayrılması faktı aşkar edilib - ÖZƏL
17 Fevral 2023 10:53 SosialBələdiyyə torpaqlarından qanunauyğun, səmərəli istifadə olunması yerli büdcə gəlirlərinin artımına müsbət təsir göstərir. "Olaylar" xəbər verir ki, bunu deyən ədliyyə nazirinin müavini Vilayət Zahirovun sözlərinə görə, bu sahədə işlərin davamlılığı il ərzində diqqətdə saxlanılıb: "Belə ki, inzibati nəzarət tədbirləri çərçivəsində ümumilikdə 14 min ha torpaq sahəsinin qanunsuz ayrılması ilə bağlı bələdiyyə aktlarının ləğv edilməsi məqsədilə nazirlik tərəfindən bələdiyyələrə təklif və ya məhkəmələrə iddialar verilib".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31