Sosial dünyanın gətirdiyi fəlakət-kiberintiharlar...
16 Dekabr 2022 11:40 SosialSon onilliklərdə insan münasibətlərinin əhəmiyyətli hissəsinin internetdə, yəni kiberməkanda təşkil edildiyi müşahidə olunur. İnkişaf etməkdə olan mobil texnologiyalar və paralel olaraq sosial şəbəkələr bu gün ən çox yayılmış ünsiyyət vasitələrindən bir neçəsidir. Başgicəlləndirici sürətlə dəyişən texnologiya yeni "onlayn" psixopatalogiyaları ortaya çıxarır. Bunların ən başlıcası öyrəşmiş olduğumuz ənənəvi zorakılığın kiber zorakılıq formasına keçməsidir. Yeniyetmələrin 20%-dən 40%-ə qədəri ən azı bir dəfə kiber zorakılığa məruz qalıb.
Kiber zorakılıq internetin təmin etdiyi anonimlik, zaman və məkan müstəqilliyi təsiri ilə uşaqların və yeniyetmələrin psixi sağlamlığına təsir göstərir.
Hazırkı araşdırmalar göstərir ki, ənənəvi zorakılıqla müqayisədə, intihar təşəbbüsü kiber zorakılığın qurbanı olan gənclər arasında çox yayğındır. "Kiber-intihar" intiharın bir forması artıq psixologiya tədqiqat sahəsinə çevrilib.Yeniyetmələr kiber-intihar qurbanları içərisində ən böyük risk qrupu hesab edilirlər. Çünki, onlar,vaxtlarının böyük hissəsini "onlayn" keçirir. Olabiləcək intihar üsullarından xırdalığına qədər bəhs edən internet saytları mövcuddur. Gündəlik həyat getdikcə daha çox kiber məkana keçir və kiber şəxslə gerçək həyatdakı şəxs arasında ayrılıqlar meydana gəlir. Kiberməkanda dissosiasiya olunmuş fərd üçün intihara meylli depressiv şəxsiyyətlər ortaya çıxır. Yuxarıda qeyd olunan kiberintihar halları ilə birlikdə nəzərdən keçirildikdə bu, son dərəcə riskli bir vəziyyətə işarə edir.
Xüsusilə şiddətli uşaqlıq travmaları keçirmiş fərdlərdə intihara meylli depressiv kiber şəxsiyyətlərin inkişafı, intihar cəhdləri və ölümlə nəticələnən vəziyyətlərdə intiharların baş verəcəyini proqnozlaşdırmaq olar.
Yetişkin fərdlərdə daha çox bipolyar pozğunluq, psixotik pozğunluqlar, spirtli içki və maddə istifadəsi intihar ehtimalını artırır. Depressiya zamanı intihar nisbəti 9-15% təşkil edir. Depressiya və bipolyar pozğunluq nəticəsində intihar halı digərlərindən 15-20 dəfə yüksəkdir.
İntiharda kişi və qadın nisbəti 3-4/1 təşkil edir İntihar cəhdlərində isə bu nisbət tərsinə çevrilir. İnkişaf etmiş ölkələrdə gender fərqi azalmağa meyllidir. İntihardan fərqli olaraq özünə zərər verən davranışlara qadınlarda daha çox rast gəlinir. Qadınlarda özünə zərər vermə davranışının yüksək nisbəti, intiharın qadınlara nisbətən kişilərdə daha çox olması və kişilərdə özünə zərər vermə davranışının intiharla əlaqələndirilməsidir. Yaş bölgüsündə intiharın növü də önəmlidir. İntiharlar daha çox yaşlı yaşlarda olduğu halda, intihara cəhdlər gənc yaşlarda daha çox olur.
Araşdırmalar göstərir ki, evlilik və uşaq sahibi olmaq intihar riskini azaldır. Evlilərə nisbətən boşanmış şəxslərdə və subaylarda intihara 4 dəfə çox rast gəlinir. Balaca uşağının olması isə qadınlar üçün qoruyucu rol oynayır.
Xroniki problemlər
Evlilikdəki problemlər xroniki problemlərin başında gəlir. Xüsusilə, ər-arvadın nikahdankənar əlaqələri kiminsə tərəfindən öyrənilməsi intiharın ən çox yayılmış səbəbidir. Ailədəki uşaqlarla bağlı problemlər intihara da səbəb ola bilər. Aparılan araşdırmada övladlarını döyən və ya laqeyd yanan valideynlərdən ən azı birinin intihara cəhd etdiyi məlum olub.Cinsi oriyentasiya da vacibdir. Məsələn, homoseksuallarda intihar ehtimalı artır.
Fiziki sağlamlıq
Fiziki sağlamlığın pisləşməsi də intihara səbəb olur. Araşdırmada intihara cəhd edən hər beş qadından birinin qəza və ya əməliyyat keçirib xəstəxanaya yerləşdirildiyi müəyyən edilib. Əməliyyat olunmaq bir çox insan üçün qorxu və narahatlıq mənbəyidir.Fəsadlar və ağrılar intihara meyli artırır. İntihar riski yüksək olan başqa bir psixiatrik xəstəlikalkoqolizmdir. ABŞ-da aparılan bir araşdırmada Alkoqol asılılığı olan xəstələrdə intihar nisbətinin, asılılığı olmayanlara nisbətən 10 dəfə çox olduğu müəyyən edilmişdir. İntihar edən xəstələrdə alkoqolizm tarixi 25% təşkil edir. Alkoqol qəbulundan sonra insanda əhəmiyyətli depressiv hisslər, aşağılıq və ümidsizlik hissləri yaşana bilər. Alkoqolun təsiri altında olarkən intihar, ümidsizlik, ölüm və mənlik düşüncələri nifrət kimi fikirlər yaranır. Alkoqolizmdə intiharların yüksək nisbəti iş, dost, həyat yoldaşı və s. münasibətlərin pozulmasında mühüm rol oynayır. Narkotik istifadə edənlərdə intihar ehtimalı 20 dəfə yüksəkdir. intihara meylli həm sərxoşluq hallarında, həm də davranışlar bu maddələrin olmaması ilə əlaqədar ola bilər. Narkomana görə iqtisadi itkilərin artması, iş və ailə münasibətlərinin korlanması da intihar davranışını asanlaşdırır.
Nəticə olaraq narkotik maddə istifadəsi, alkoqolizmin sonu böyük ehtimalla intiharla bitir. Bunlar fərdin öz əli ilə özünü uçuruma apardığı üsullardır. Insanların ailə şəraiti, həyat tərzi isə doğulduğu yerə görə dəyişir. Bunlar isə fərdin öz əlində olmayan səbəblərdir. İntihara meyl etdiyini düşündüyümüz şəxsləri mütləq bu bataqlıqdan çıxarmağa çalışmalıyıq. Ətrafımızda olan demək olar ki, hər şey-yaş, iqtisadi vəziyyət, pandemiya, ailə-məişət problemləri bizi intihara aparan yoldur. Ancaq, biz bunu ən son çıxış yolu kimi belə görməməliyik. Cəmiyyətin intihara və gənc ölümlərə qarşı baxışı dəyişməlidir.
Əfsanə Səlimi