MEDİA-nın mediaya gətirdiyi yeniliklər

Azərbaycan mətbuatı özünün növbəti ildönümünü yaşayır. 147 il bundan əvvəl əsası qoyulmuş Milli Mətbuatımız ötən 1,5 əsrə yaxın müddətdə kifayət qədər çətin, keşməkeşli, o cümlədən də şərəfli bir yol keçib. Dahi mütəfəkkir, maarifçi Həsən bəy Zərdabinin "Əkinçi" qəzeti ilə əsasını qoyduğu Milli Mətbuatımız zaman-zaman özünün inkişaf, eyni zamanda tənəzzül dövrünü yaşayıb. Ancaq bütün halda mətbuatımızı tamamilə məhv etmək, onu sıradan çıxarmaq kimi qarşıya qoyulan hədəflər reallaşmayıb. Əsasən sovetlərin zamanında həyata keçirilən bu siyasət nə qədər dağıdıcı, məkrli olsa da, lakin bütün halda xalqın yaddaşından dahi şəxsiyyətlərimizi, maarifçilərimizi silmək mümkün olmayıb.

Azərbaycan mətbuatının günümüzdə inkişaf yolu keçməsi, tərəqqiyə doğru addımlaması müstəqillik illərindən sonra mümkün olub. Daha dəqiq desək ölkəmizdə bütün sahələrdə olduğu kimi mətbuat sahəsində də əldə edilən nailiyyətlər, uğurlara ümummilli lider Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra şahidlik etdik.

Ümummilli lider Heydər Əliyev yaxşı bilirdi ki, ölkədə demokratiyanın, siyasi plüralizmin inkişaf etdirilməsi üçün ilk növbədə fikir, söz, məlumat azadlığının təmin edilməsi şərtdir.  Təsadüfi deyil ki, müstəqilliyin ilk illərində postsovet məkanına daxil olan respublikalar içərisində fikir, söz, məlumat azadlığı, plüralizmin qorunması, onun inkişaf etdirilməsi istiqamətində ilk addım məhz Azərbaycanda atıldı. Bunu senzuranın ləğvi qərarının timsalında daha aydın şəkildə göstərmək mümkündür. Bildiyimiz kimi 1998-ci il, avqust ayının 6-da ümummilli lider Heydər Əliyevin imzaladığı sərəncam əsasında Azərbaycanda senzura ləğv edildi. Məlum sərəncam o dövr üçün postsovet ölkələrində bir ilk olmaqla bərabər, eyni zamanda həmin dövr üçün atılmış kifayətqədər cəsarətli addım idi.  Həmçinin senzuranın ləğvi demokratik dəyərlərə bağlılıq, fikir, söz, məlumat azadlığı, plüralizmin inkişaf etdirilməsinə yönəlik siyasi iradə və bu istiqamətdə beynəlxalq təcrübənin öyrənilib tətbiq edilməsinə olan marağın göstəricisi sayılırdı. Təsadüfi deyil ki, ümummilli lider Heydər Əliyevin ölkədə senzuranın ləğvi ilə bağlı imzalamış olduğu tarixi sərəncam həmin dövrdə beynəlxalq təşkilatlar tərəfindən təqdir edilir, müsbət qiymətləndirilirdi. Avropa Şurası, onun müvafiq təsisatları, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Komitəsi, "Freedom House", Human Rights Watch kimi beynəlxalq təşkilatlar Heydər Əliyevin 1998-ci il, 6 avqust sərəncamını Azərbaycanın demokratik prinsiplərə sadiqliyi, bu prinsipləri inkişaf etdirmək üçün siyasi iradə nümayiş etdirməsi kimi xarakterizə edirdilər.

Həmin dövrdə media sahəsində atılan müsbət addımlar tək senzuranın ləğvi ilə kifayətlənmədi. Davamlı olaraq ümummilli lider Heydər Əliyev tərəfindən ölkədə fikir, söz, məlumat azadlığı, plüralizmin inkişaf etdirilməsi istiqamətində addımlar atıldı.

Ümummilli lider dərin siyasi təcrübəsinə əsaslanaraq gözəl bilirdi ki, təkcə senzuranın ləğvi ilə medianı, kütləvi informasiya vasitələrini inkişaf etdirmək, ölkədə normal media mühiti yaratmaq olmaz. Ona görə də paralel olaraq mətbuatın maddi-texniki bazasının yaxşılaşdırılması istiqamətində də addımlar atırdı. Bu mənada qəzetlərin Azərbaycan Nəşriyyatına olan borclarının dondurulması o dövr üçün Azərbaycan mətbuatı üçün açılan bir nəfəslik hesab edilirdi və Heydər Əliyevin tarixi qərarı KİV-lərin maddi durumunun yaxşılaşdırılmasına öz töhfəsini vermiş oldu. Təsaüdüfi deyil ki, məhz bütün bu addımlardan və kütləvi informasiya vasitələrinə yaratdığı şəraitdən dolayı Heydər Əliyev Jurnalistlərin Dostu elan edilmişdi.

Sevindirici hal ondan ibarətdir ki, ümummili lider Heydər Əliyevin media siyasəti günümüzddə dahi şəxsiyyətin siyasi kursunun layiqli davamçısı Cənab İlham Əliyev tərəfindən davam etdirilir.  Cənab İlham Əliyev respublikaya rəhbərlik etdiyi 20 ilə yaxın müddətdə Azərbaycanda həm mətbuatın həyatında, həm də fikir, söz, məlumat azadlığı, plüralizmin inkişaf etdirilməsi istiqamətində yeni bir mərhələ başlayıb. Mətbuata göstərilən dövlət dəstəyi, bu sahədə çalışan qələm əhlinin sosial rifah halının yüksəldilməsi istiqamətində atılan tarixi addımlar, həmçinin azad söz, fikir, söz azadlığının inkişaf etdirilməsinə yönəlik siyasət bu sahədə də Azərbaycanı qabaqcıl, nümunəvi ölkələrdən birinə çevirib. Bu gün ölkədə yüzlərlə informasiya agentliyi və xəbər portallarının, çap mediasının fəaliyyət göstərməsi, zaman-zaman onlara dövlət dəstəyinin verilməsi, siyasi mövqeyi və proseslərə olan baxışlarından asılı olmayaraq hər kəsin müstəqil şəkildə kütləvi informasiya vasitələrində öz fikrini ifadə edib düşüncələrini cəmiyyətlə sərbəst, maneəsiz şəkildə bölüşməsi Azərbaycanda fikir, söz, məlumat azadlığı, plüralizmin mövcudluğunun əyani sübutudur. Təqdir edilməli hal ondan ibarətdir ki, bu müsbət tendensiya getdikcə daha da inkişaf edir.

Bu bir həqiqətdir ki, zaman dəyişib yeni realıqlar ortaya çıxdıqca, dünya daha da inkişaf etdikcə hər bir sahədə yeniiliklərə imza atmaq, zamanla ayaqlaşmağa zərurət yaranır. Bu sırada media, kütləvi informasiya vasitələri də istisna deyil. Etiraf etmık lazımdır ki, son bir neçə ilə qədər Azərbaycan mediası dünya mediası ilə ayaqlaşa bilmir, ondan çox-çox geri qalırdı. Eyni zamanda Azərbaycan mediasının beynəlxalq media subyektlərinə çıxışı demək olar ki, yox dərəcəsində idi. Bunu 44 günlük Vətən müharibəsi dönəmində açıq-aydın hiss etdik. Erməni təxribat və yalan maşını bütün dünya mediasını demək olar ki, Azərbaycana qarşı səfərbər edə bildiyi halda, bizim qlobal media resurslarına çıxışımızın olmaması informasiya mübarizəsində Azərbaycanı geridə qoyurdu. Ona görə də media, kütləvi informasiya vastıləri sahəsində islahatların həyata keçirilməsinin vacibliyi meydana çıxmışdı. 

"Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 12 yanvar tarixli 1249 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin  (MEDİA) yaradılması da məhz bu zərurətdən irəli gəlirdi.   Fərmandan da görüldüyü kimi MEDİA ölkədə media sahəsində islahatların dərinləşdirilməsi məqsədilə yaradılmışdı. MEDİA Agentliyinin qısa müddət ərzindəki fəaliyyətinə qısa nəzər yetirsək əminliklə deyə bilərik ki, MEDİA yarandığı gündəjn indiyı qədər  nəinki qarşısına qoyulan məqsədlərə nail olub, hətta bundan artığını belə gerçəkləşdirib. Təkcə bir faktı, "Media haqqında" qanunun işlənib hazırlanması və onun ictimai müzakirəyə çıxarılması, eyni zamanda palamentdə qəbul edilməsi fonunda bunu aydın görmək mümkündür. Sözügedən qanun layihəsinin müzakirəsinin əvvəlki dövrlərdən fərqli olaraq isti otaqlarda, kimlərinsə maraqlarının təmin olunması çərçivəsində deyil, bütün media subyektlərinin iştirakı ilə keçirilməsi mdiamıza MEDİA-nın gətirdiyi yenuliklərdən idi. Xüsusi qeyd edilməli məqam ondan ibarətdir ki, MEDİA qanun layihəsinin müzakirəsinə bu və ya digər səbəblərdən indiyə qədər bu proseslərdən təcrid olunmuş fərdləri, media quruluşlarınə da cəlb etdi ki, bu da MEDİA-nın sözün həqiq mənasında fikir müxtəlifliyini əsas meyar kimi götürdüyünün təsdiqi idi. 

MEDİA bir illik fəaliyyəti dövründə juralist peşəsini də sözün həqiq mənasında hörmətə mindirdi, bu peşəyə marağı artırdı desək yanılmarıq. Ali təhsil ocaqlarında Agentlik tərəfindən keçirilən seminar və treyninqlərə olan marağın fonunda bunu aydın görmək mümkündür. Xüsusilə, Agentliyin "Media könüllüləri" layihəsinin bu prosesə təkan verdiyini qeyd edə bilərik. Belə ki. məhz həmin layihə ali təhsil ocaqlarında jurnalistika ixtisasını seçən gənclərimizdə bu sahəyə olan marağı daha da artırmış oldu. Əgər əvvəlki illərdə gənclərimiz istəmədən, yaxud məcburiyyət qarşısında qalaraq jurnalistika fakultəsini seçirdilərsə, indi artıq böyük həvəslə bu sahəyə meyil edirlər. Çünki artıq gənclər görürlər ki, onlar jurnalsitika fakultəsini bitirdikdən sonra əvvəlki dövrlərdən fərqli olaraq işsiz qalmayacaq, yaxud öz sahələrinə uyğun işlə məşğul olacaqlar. Gənclərimizdə bu etimadış güvəni isə MEDİA yaradıb, onun "Media könüllüləri" layihəsi formalaşdırıb. 

Ən əsası odur ki, uzun illər ərzində media ekspertlərinin səsləndirdiyi, lakin heç bir halda reallaşdırılması mümkün olmayan sahəvi jurnalistikanın inkişafına MEDİA nail oldu. Ayrı-ayrı nazirliklər və komitələrlə Agentliyin keçirdiyi təlimlər və həmin təlimlərdə sırf həmin sahədən yazan jurnalistlərin iştirakı Azərbaycanda sahəvi jurnalistikanın inkişafına stimul vermiş oldu.

Bu da sirr deyil ki, bu gün Azərbaycan mediası cameəsinə təsadüfən düşən insanlar da var və həmin "həmkarlarımız" peşə etikasına zidd fəaliyyətləri ilə ümumilikdə jurnalistlərin adına xələl gətirirlər. Uzun illərdir reket jurnalist kimi tanınan bu cür təsadüfi insanlardan medianın təmizlənməsi də artıq reallığıa çevrilməkdədir. Media reyestrinin yaradılması Azərbaycan mediasının təsadüfi adamlardan təmizlənməsinə, reket jurnalistlərin həlqəsinin daralmasına və media mühitinin saölamlaşdırılmasına təsir edən amillərdən olacaq. Eləcə də MEDİA-nın həyata keçirdiyi digər çoxsaylı layihələr və tədbirlər var ki, onların həyata keçirilməsi nəticəsində Azərbaycan mediası daha da güclənir, inkişaf edir. Bir sözlə MEDİA-nın mediaya gətirdiyi yeniliklər mediamızın tərəqqisinə xidmət edir.

 Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31