Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 3 530 vaksin vurulub.

Olaylar.az bildirir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 367, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 487, üç və daha çox doza vaksin vurduranların sayı 2 412, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 264 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 691 178, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 344 206, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 844 534, üç və daha çox doza vaksin vurduranların sayı 3 259 032, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 243 406 təşkil edir.

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31