Susmayan səs... Aytən Hüseynova YAZIR
12 May 2022 12:35 SosialAytən Hüseynova
Susmurdu..Beynimdəki səs susmurdu.Ən dəhşətlisi isə, bu səsin ürəyimlə eyni ritmi, eyni ahəngdarlığı təşkil etməsi idi..
-Bilirsən,pulumu yığıram.
Gülümsəyib soruşdum:
- Niyə? Nə edəcəksən ?
Qara gözləri parıldadı,əlimin altında olan bütün uşaq vücudu suyun altında sanki durduğu yerdə hərəkətə gələrək sevinclə:
-Qaloş alacam,həyətə düşəndə,sizə gələndə ayağıma geyinim ki,aqularım islanmasın( ayaqlarına" aqu"deyirdi))
Üzümə damcıldayan su damlaları göz yaşlarıma qarışmışdı.İki-üç dəfə sabunlayıb,yaxalasam da, təmizliyə cıxara bilmirdim.
Düz bir il idi ki,belə idi.Nəzarətsiz qalan kimi həyətə,kücəyə qacıb,qum,torpaq,palcıqla oynayırdı,hələ çox vaxt qumu,torpağı başına da tökürdü,qara qıvırım saclarını təmizləmək cətin olurdu, nə də imkan vermirdi ki, sacını tam kəsdirsinlər, xoşu gəlmirdi.Atasının,anasının qıvrıcıqlarını çox sevdiyini bildiyi üçün kəsməyə qoymadığını hiss etmişdilər.Bir gün onların qayıdacağına,yenə onun qıvrım tellərini sığallayacağına ümid edirdi.
Lakin dəcəlliyindən də qalmırdı,bəzən mənə elə gəlirdi ki, taleyin ona və bacı-qardaşlarına oynadığı amansız oyundan intiqamını aşırı dəcəlliklə alırdı..
Ağlasam da, gülümsəməyə calışdım:
-Sonra yenə pul yığacaqsan?
-Hə,axı baxcaya getməyə qış ayaqqablarım da yoxdur,virus qurtarandan sonra baxcaya getməliyəm,nənə işə,baba çörək dalınca,qaqa məktəbə gedəcək.Evdə tək qala bilmərəm.Sən də evdə tapılmırsan,bütün günü məktəblərdəsən..
-Tək qalmaqdan qorxursan?
Duruxdu.Qəfil sözü dəyişdi:
-Başımı sabunlayanda gözümü cıxartma,təmiz yuyundur bizi,,qardaşımı da,məni də..İy gəlməsin,yoxsa yenə həyətdəki uşaqların anası deyəcək ki,yetimlərdən iy gəlir,kül anasının başına,uşaqlarını fikirləşmədi, harınladı.. özü canından oldu,ər də düşdü türmələrə..yetimlər qaldı qoca arvadla,qoca kişinin ümidinə....
-Elə deyir?
-Hə,mən də onun üçün o, iş görəndə su krantını bağlayıram,zibili qapılarına tökürəm,uşaqlarını döyürəm..
-Sən ağıllı oğlansan,elə etmə, danlanırsan..Həm də etdiklərin səni yaxşı insan,yaxşı əsgər olmağa qoymaz..
Sonra başını sığallayıb,sulu,sabunlu üzündən öpdüm və yenə soruşdum:
-Tək qalmaqdan qorxursan?
Yenə yaşından böyük baxışlarla üzümə baxdı,gözlərində alın yazısına etiraz qəzəb,qorxu,ağırı,acı,sözlə ifadə olunmayan,yaşına uyğun olmayan kədər vardı,darıxmaq,xiffət vardı...
Göz yaşlarımı ürəyimə axıdırdım..
Dedi:
-Tək qalmaqdan qorxmuram,əsgər olacam,erməniləri öldürəcəm..
-Yaxşı,sən böyüyənə erməni qalmaz )
-Nənə deyir ki,ermənilər murdardır,qırılıb qurtarmaz.
İkimiz də güldük,amma gözündəki kədəri çingiltili gülüşü silə bilmədi....
Qurulayıb geyindirməyə başladım.Paltarları balacalaşmışdı,geyinəndə narahatlıq yaradırdı,bunu hiss edirdi,lakın yenə qürurlu davranırdı:
-Pullarımı yığıb özümə də ,qardaşıma da hər şey alacam..
-Alarsan sən.Axı çox ağıllısan ..
-Məktəbə də gedəcəm.
-Bilirəm.Allah qoysa,gedəcəksən..Sən böyük əsgər olacaqsan,hamımız səninlə fəxr edəcəyik..
Qəfil başladı:
-Bizim hec kəsimiz yoxdur,nənə anamın xəstə olduğu üçün uzaq şəhərə- xəstəxanaya getdiyini dedi,amma bilirəm ki,anam daha yoxdur,anam yox olan gündən dədəm də yoxdur,otağımız da bağlı qalıb,biz daha öz yerimizdə də yatmırıq .Bizi sən vaxt tapanda cimizdirirsən,olmasa,kirli qalırıq. Biz xəstələnəndə nənə yuxusuz qalır,sonra şəkəri,təzyiqi qalxır, o da xəstələnir.Baba da qocadır,dədə kimi bütün istədiklərimizi edə bilmir.Daha bizi hec kim Kür tərəfə aparmır,oradakı itimiz də ac qalıb,hər gün axşam dədə ilə ona yemək aparırdıq,indi dədə yoxdur -,deyə apara bilmirik.Əmmənin də uşaqları,arvadı imkan vermir ki,bizi gəzdirsin,bizə baxsın..Bax,görürsən,hec kimimiz yoxdur...
Susmurdu...beş yaşlı anasız-atasız uşağın səsi susmurdu..Ən ağrısı da bu səs beynimdən ürəyimə damcı-damcı qana cevrilmiş göz yaşı ilə axırdı...Lakin o səs susmurdu...
O səs məni qorxudurdu....