"Azəriqaz" Binəqədi sahibkarlarının problemlərini dinləyəcək
11 May 2022 12:37 SosialAzərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi rəhbərliyinin "Açıq mikrofon" aksiyası çərçivəsində sahibkarlarla növbəti görüşü sabah Binəqədi rayonunda təşkil olunacaq.
"OLAYLAR"-ın "Azəriqaz"a istinadən verdiyi məlumata görə, qurumun rəhbər şəxsləri Binəqədi rayonu, Məhəmməd Əmin Rəsulzadə qəsəbəsi, Arif Hüseynov küçəsi, 8 (Ramiz Aboyev Parkı) ünvanında baş tutacaq aksiyada sahibkarları maraqlandıran sualları cavablandıracaqlar.
"Səyyar qəbul otağı" saat 11:00-dan 12:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31