Ötən il 114 uşaq övladlığa verilib
11 May 2022 11:52 SosialÖtən il Azərbaycanda 114 uşaq (56 oğlan, 58 qız) övladlığa verilib, onların hər birini Azərbaycan vətəndaşları övladlığa götürüb. "Olaylar"ın məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2021-ci il üzrə hesabatında qeyd olunub. Hesabata əsasən, uşaqlardan 26 uşaq müəssisədən, 63 uşaq yaxın qohumları tərəfindən, 19 uşaq ögey ata-ana tərəfindən və 6 uşaq isə valideynlərarası razılıq əsasında övladlığa götürülənlərdir. Uçota alınmış valideyn himayəsindən məhrum olan uşaqların ümumi sayı 1 563 nəfər (944 oğlan, 619 qız) təşkil edib ki, onlardan 1248-i sağlam, 315-i isə sağlamlıq imkanları məhdud uşaqlar olub. Hesabat dövründə həmin müəssisələrdə valideyn himayəsindən məhrum olmuş 362 uşaq (218 oğlan, 144 qız) uçota alınıb, onlardan 306-sı sağlam, 56-sı isə sağlamlıq imkanları məhdud uşaqlar olub. Reinteqrasiya tədbirləri nəticəsində 89 uşaq ailələrinə qaytarılıb.