Medianın İnkişafı Agentliyinin rəhbərliyi və kollektivi Fəxri xiyabanı ziyarət edib
10 May 2022 22:30 SosialMayın 10-da Medianın İnkişafı Agentliyinin rəhbərliyi və kollektivi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar Fəxri xiyabana gələrək, Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad edib, abidəsi önünə gül dəstələri düzüblər.
MEDİA-dan AZƏRTAC-a bildiriblər ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər güllər düzülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31