“Azəriqaz” Göygöldə sahibkarlarla görüş keçirəcək
10 May 2022 12:08 SosialAzərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi rəhbərliyinin "Açıq mikrofon" aksiyası çərçivəsində sahibkarlarla növbəti görüşü sabah Göygöl rayonunda təşkil olunacaq.
"OLAYLAR"-ın "Azəriqaz"a istinadən verdiyi məlumata görə, qurumun rəhbər şəxsləri Göygöl şəhəri, Hummel küçəsi, Heydər Əliyev adına parkda baş tutacaq aksiyada sahibkarları maraqlandıran sualları cavablandıracaqlar.
"Səyyar qəbul otağı" saat 13:00-dan 15:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31