Nazirlər Kür çayını müzakirə etdilər

6 may 2022-ci il tarixində Gürcüstanın ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri Otar Şamugiya ilə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev arasında görüş keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətindən Olaylar -a verilən məlumata görə, görüşdə ətraf mühitin və bioloji müxtəlifliyin qorunması, xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafı sahəsində əməkdaşlığın artırılması məsələləri öz əksini tapıb. 

Eyni zamanda Kür çayı hövzəsinin mühafizəsi, transsərhəd suların inteqrasiyalı idarə edilməsi və səmərəli istifadəsi ilə bağlı məsələlər ətrafında müzakirələr aparılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31