Bakı-Naxçıvan təyyarəsi geri qayıtdı - SƏBƏB?
6 May 2022 19:48 Sosial"Azərbaycan Hava Yolları" aviaşirkətinin J2 255 nömrəli Bakı-Naxçıvan reysini yerinə yetirən hava gəmisinin kapitanı Naxçıvan hava limanı ətrafındakı tufanla əlaqədar uçuş hava limanına qayıtmaq qərarına gəlib.
Olaylar.az bildirir ki, bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən məlumat verilib.
Təyyarə saat 18:42-də Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.
"Sözügedən reysin sərnişinləri hava şəraiti yaxşılaşdıqdan sonra Naxçıvana yola düşəcəklər", - qeyd olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31