DİN və Penitensiar Xidmət birgə əməliyyat keçirdi
6 May 2022 14:12 SosialƏdliyyə Nazirliyi Penitensiar Xidmətinin əməliyyat aparatı tərəfindən Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin və Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları ilə birgə növbəti uğurlu əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Xidmətdən "Olaylar"a verilən məlumatda bildirilib ki, Oğuz rayonunun Bucaq kəndində yolun kənarında meşəlik ərazidə torpağa basdırılaraq gizlədilmiş 1 ədəd əl qumbarası və 78 ədəd 7.62 mm-lik avtomat güllələri aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31