Qanunsuz ov edən şəxs cəzalandırılıb
29 Mart 2022 14:27 SosialQarayazı Dövlət Təbiət Qoruğunun əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı qoruğun ərazisində balıq ovlayan şəxs saxlanılıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən "Olaylar"a bildirilib ki, araşdırma zamanı brakonyerin Qazax rayon sakini Rəşad Musayev olduğu müəyyən edilib və ondan istifadəsi qadağan olunan ov alətləri götürülüb. Faktla bağlı qanun pozucusu barəsində qanunamüvafiq tədbirlər görülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31