Azərbaycan COVID-19-a qarşı peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 155 vaksin vurulub.

Olaylar.az bildirir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 7, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 9, üç və daha çox doza vaksinlərin sayı 138 pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 1 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 406 075, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 321 396, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 818 801, üç və daha çox doza vaksinlərin sayı 3 039 521, pozitiv nəticədən sonra "buster" doza vaksinasiya olunanların sayı isə 226 357 nəfər təşkil edir.

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31