Azərbaycanda COVID-19-a yoluxanların sayı açıqlanıb

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 16 yeni yoluxma faktı qeydə alınıb, 47 nəfər müalicə olunaraq sağalıb.

Olaylar.az bildirir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 791 766 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 781 788 nəfər müalicə olunaraq sağalıb, 9684 nəfər vəfat edib, aktiv xəstə sayı 294 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2285, ötən müddət ərzində isə ümumilikdə 6 687 581 test aparılıb.

Azərbaycanda 16 nəfər COVID-19-a yoluxub, 3 nəfər vəfat edib

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31