Növbəti ting paylama aksiyası Sumqayıtda keçirilib
28 Mart 2022 14:30 Sosial"Bir ağac - min nəfəs" devizi altında keçirilən növbəti ting paylama aksiyası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və "Bravo" marketlər şəbəkəsinin birgə təşkilatçılığı ilə Sumqayıt şəhərində Bravo superstorun qarşısında keçirilib. "Olaylar" xəbər verir ki, ağac əkilməsinin təşviqi məqsədilə keçirilən tədbirdə könüllülər tərəfindən vətəndaşlara Eldar şamı, sərv, nar, heyva, xurma tingləri hədiyyə edilib, onlara ağacların əkilməsi və qulluq göstərilməsi qaydalarına dair məlumatlar verilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31