"Salonda Brilliant Dadaşova və Lalə Məmmədova üz-üzə gəlib"

İllərdi küsülü olan Xalq artisti Brilliant Dadaşova və Əməkdar artist Lalə Məmmədova üz-üzə gəliblər.

Axşam.az xəbər verir ki, bu haqda "Deməsəm olmaz" verilişində bildirilib. Onlar stilist Elnur Həsənovun "ETAGE by Elnur Hasanov" gözəllik salonunda qarşılaşıblar.

"Brilliant xanım mənim otağımda makiyaja oturanda Lalə Məmmədova içəri daxil olub. Orada üz-üzə gəliblər. Amma Lalə Məmmədova "salam" verib və keçib başqa otağa. Brilliant Dadaşova da "salam"ı alıb" deyə, Elnur əlavə edib. 

Qeyd edək ki, B.Dadaşova görünüşcə ona bənzədilən L.Məmmədova ilə danışmır. İfaçılar dəfələrlə bir-birinin ünvanına qalmaqallı açıqlama verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31