Uşaqlarda sarılığın müalicə zamanı önəmli məqam hansılardır?
28 Mart 2022 12:35 Sosial"Sarılığın müalicəsinə bəzən ilk gün, ilk saatlardan, bəzən isə evə yazıldıqdan da sonra müayinə zamanı qan təhlillərinə əsasən başlanıla bilər. Ailələr əsasən körpənin yetərli qidalanması, aktivliyi, fizioloji aktların-sidik və nəcis ifrazının adekvatlığı, nəcisin rəngi, sayı və s. diqqət etməlidilər. Onlar həkimin təyin etdiyi vaxtdan gec olmayaraq körpəni müayinəyə aparmalıdılar". "Olaylar" xəbər verir ki, bunu deyən Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Aygün Rüstəmxanlının
![]()
sözlərinə görə, yenidoğulan körpələrdə sarılığın erkən təyin olunması və nəzarətdə saxlanılması olduqca vacibdir. Sarılığın müalicəsində daha çox fototerapiyadan istifadə olunur: "Bunun körpə üçün ziyansız olduğu və fəsadın olmayacağını həkim hər bir ailəyə izah etməlidi. Məsələn, 20 günlük, fiziki inkişafı, çəki artımı, aktivliyi normal olan körpənin sarılığı var və eyni zamanda nəcis rəngsizdir (axolikdir). Bu hal diqqətdən yayınarsa, sağalması mümkün olmayan vəziyyət yarana bilər. Anadangəlmə xəstəlik olan "Biliar atreziya" diaqnozu iki ay gecikdirilərsə, xəstənin xilası üçün erkən icra olunmalı "Kasai" əməliyyatı da gecikmiş olacaq. Göründüyü kimi nəcisin rəngsizliyi istiqamətvericidir. Bu kimi hallarda xəstələrin müalicəsində fototerapiya və digər müalicələr faydasız olacaqdır. Körpənin izləmində, fizioloji çəki itkisinin vaxtında bərpası, nəcis ifrazının sutkalıq sayının 3-4, sidik ifrazının 4-6 dəfə olması düzgün və yetərli qidalanmasına dəlalət edir".