Nazir Lənkəranda qəbul keçirəcək

Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri İnam Kərimov aprelin 1-də, saat 09:00-da Lənkəran Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Lənkəran, Lerik və Astara rayonlarından olan vətəndaşları qəbul edəcək. Nazirlikdən "Olaylar"a verilən məlumata görə, qəbul zamanı vətəndaşların Kənd Təsərrüfatı Nazirliyinin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək. Vətəndaş qəbulunda iştirak etmək istəyənlər Lənkəran Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-2055424) müraciət edə bilərlər.  Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin "Çağrı Mərkəzi"nə zəng etməklə (1652) və elektron poçt ([email protected]) vasitəsi ilə də qeydiyyatdan keçmək olar.

Qəbula gələn vətəndaşlar əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər. Vətəndaş qəbulu pandemiya dövrünün tələblərinə uyğun keçiriəcək. Qəbulda  peyvənd və ya immunitet sertifikatı, həmçinin COVID-19-a qarşı peyvəndə əks-göstərişi müəyyən edən əks-göstəriş sertifikatı olan vətəndaşlar iştirak edə bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31