Ağdamda buldozerin minaya düşməsi ilə bağlı araşdırma aparılır - Baş Prokurorluq

Martın 27-si saat 16 radələrində Ağdam rayonunun işğaldan azad edilmiş Yusifcanlı kəndi ərazisində təmir tikinti işləri aparılan zaman buldozerin minaya düşməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

Olaylar.az xəbər verir ki, Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, nəticədə traktora maddi ziyan dəyib və hər hansı bir şəxs xəsarət almayıb.

Hazırda faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31