Azərbaycan COVID-19-a qarşı peyvənd olunanların sayı açıqlanıb
27 Mart 2022 19:12 SosialAzərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 10 095 vaksin vurulub.
Olaylar.az bildirir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 602, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1279, üç və daha çox doza vaksinlərin sayı 7607 pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 607 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 405 920, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 321 389, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 818 792, üç və daha çox doza vaksinlərin sayı 3 039 383, pozitiv nəticədən sonra "buster" doza vaksinasiya olunanların sayı isə 226 356 nəfər təşkil edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31