Azərbaycanda COVID-19-a yoluxanların sayı açıqlanıb
27 Mart 2022 19:09 SosialAzərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 55 yeni yoluxma faktı qeydə alınıb, 100 nəfər müalicə olunaraq sağalıb.
Olaylar.az bildirir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 791 750 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 781 741 nəfər müalicə olunaraq sağalıb, 9681 nəfər vəfat edib, aktiv xəstə sayı 328 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3313, ötən müddət ərzində isə ümumilikdə 6 685 296 test aparılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31