Azərbaycan COVID-19-a qarşı peyvənd olunanların sayı açıqlanıb
26 Mart 2022 19:12 SosialAzərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 6854 vaksin vurulub.
Olaylar.az bildirir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 345, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 750, üç və daha çox doza vaksinlərin sayı 5391 pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 368 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 395 825, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 320 787, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 817 513, üç və daha çox doza vaksinlərin sayı 3 031 776, pozitiv nəticədən sonra "buster" doza vaksinasiya olunanların sayı isə 225 749 nəfər təşkil edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31