Azərbaycan COVID-19-a qarşı peyvənd olunanların sayı açıqlanıb
25 Mart 2022 18:45 SosialAzərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 6477 vaksin vurulub.
Olaylar.az bildirir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 369, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 691, üç və daha çox doza vaksinlərin sayı 5061 pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 356 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 388 971, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 320 442, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 816 763, üç və daha çox doza vaksinlərin sayı 3 026 385, pozitiv nəticədən sonra "buster" doza vaksinasiya olunanların sayı isə 225 381 nəfər təşkil edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31