Azərbaycanda COVID-19-a yoluxanların sayı açıqlanıb
25 Mart 2022 18:42 SosialAzərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 50 yeni yoluxma faktı qeydə alınıb, 134 nəfər müalicə olunaraq sağalıb.
Olaylar.az bildirir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 791 654 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 781 528 nəfər müalicə olunaraq sağalıb, 9675 nəfər vəfat edib, aktiv xəstə sayı 451 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2499, ötən müddət ərzində isə ümumilikdə 6 679 287 test aparılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31