Ramazan ayının başlama vaxtı açıqlandı
25 Mart 2022 11:44 SosialAprelin 2-si Ramazan ayının ilk günüdür.
Bunu Milli.Az-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullayev deyib.
O bildirib ki, Qafqaz Müsəlmanları İdarəsi tərəfindən Şamaxı Rəsədxanasına sorğu göndərilib.
"Onlar ayların daxilolma təqvimini bizə təqdim ediblər. Təqvimə əsasən aprelin 2-si Ramazan ayı daxil olacaq. Ayın 1-də Ramazan hilalı görünəcək. Hilal görünürsə, sabahı Ramazan ayının 1-idir" - o qeyd edib.
QMİ sədrinin müavini Ramazan bayramının keçirilmə vaxtını da açıqlayıb.
"Ramazan bayramı dövlət səviyyəsində 2 gün qeyd olunur. Rəsədxananın verdiyi təqvimə əsasən mayın 2-3-ü Ramazan bayramıdır" - o bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31