Azərbaycan COVID-19-a qarşı peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 6914 vaksin vurulub.

Olaylar.az bildirir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 347, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 787, üç və daha çox doza vaksinlərin sayı 5418 pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 362 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 382 494, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 320 073, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 816 072, üç və daha çox doza vaksinlərin sayı 3 021 324, pozitiv nəticədən sonra "buster" doza vaksinasiya olunanların sayı isə 225 025 nəfər təşkil edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31