Azərbaycan COVID-19-a qarşı peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 6999 vaksin vurulub.

Olaylar.az bildirir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 333, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 781, üç və daha çox doza vaksinlərin sayı 5542 pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 343 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 375 580, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 319 726, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 815 285, üç və daha çox doza vaksinlərin sayı 3 015 906, pozitiv nəticədən sonra "buster" doza vaksinasiya olunanların sayı isə 224 663 nəfər təşkil edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31