Azərbaycan COVID-19-a qarşı peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 92 vaksin vurulub.

Olaylar.az bildirir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 20, üç və daha çox doza vaksinlərin sayı 67 pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 1 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 368 581, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 319 393, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 814 504, üç və daha çox doza vaksinlərin sayı 3 010 364, pozitiv nəticədən sonra "buster" doza vaksinasiya olunanların sayı isə 224 320 nəfər təşkil edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31