Azərbaycanda COVID-19-a yoluxanların sayı açıqlanıb
22 Mart 2022 18:38 SosialAzərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 34 yeni yoluxma faktı qeydə alınıb, 145 nəfər müalicə olunaraq sağalıb.
Olaylar.az bildirir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 791 545 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 781 202 nəfər müalicə olunaraq sağalıb, 9666 nəfər vəfat edib, aktiv xəstə sayı 677 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2741, ötən müddət ərzində isə ümumilikdə 6 671 287 test aparılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31