BDU-nun dosenti vəfat edib
22 Mart 2022 18:35 SosialBakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsinin Fəlsəfə kafedrasının dosenti, fəlsəfə üzrə fəlsəfə doktoru Pərvin Əhməd qızı Həsənova 83 yaşında vəfat edib.
Olaylar.az bildirir ki, BDU-dan verilən məlumata görə, Pərvin Həsənova 1963-cü ildə BDU-nun Kitabxanaçılıq fakültəsini bitirib. 1966-75-ci illərdə BDU-nun Elmi Kitabxananasında şöbə müdiri olub.
1975-78-ci illərdə BDU-nun Estetika və etika kafedrasında aspiranturanın əyani şöbəsində oxuyub. 1978-81-ci illərdə həmin kafedrada baş laborant işləyib.
1986-cı ildə "Sosializm-realizm incəsənətində xəlqilik və partiyalılıq problemi" //Azərbaycan incəsənəti materialları əsasında/ mövzusunda dissertasiya işi müdafiə edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31