Azərbaycanda COVID-19-a yoluxanların sayı açıqlanıb
21 Mart 2022 19:19 SosialAzərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 29 yeni yoluxma faktı qeydə alınıb, 71 nəfər müalicə olunaraq sağalıb.
Olaylar.az bildirir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 791 511 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 781 057 nəfər müalicə olunaraq sağalıb, 9659 nəfər vəfat edib, aktiv xəstə sayı 795 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2506, ötən müddət ərzində isə ümumilikdə 6 668 546 test aparılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31