Maska və vaksin pasportu ləğv edilir? - AÇIQLAMA
21 Mart 2022 17:09 Sosial"Koronavirusa görə insanların yaşayışını məhdudlaşdırmaq olmaz".
Sfera.az xəbər verir ki, bunu pediatr Vaqif Qarayev bildirib. Mütəxəssis qadağaların aradan qaldırılmalı olduğunu deyib:
" Dinamika pozitivdir, bizdə də yoluxma sayı xeyli azalıb. Ən əsası koronavirusdan ölüm sayı azalıb. Qonşu Gürcüstan hökuməti endemik fazaya keçidi təsdiqləyib. Bu, yaxşı xəbərdir, çünki orada vəziyyət çox pis idi. Türkiyədə də vəziyyət yaxşıdır. Məncə, qadağaları götürmək olar. Ölkədə hər ailədə koronavirusa yoluxan oldu. Hər kəs özünü qorusa yaxşıdır".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31